Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində “Kitabsevər uşaqlar” layihəsinin qalibləri təltif edildi

25.04.2018

    25.04.2018-ci il tarixdə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü  ilə reallaşan “Kitabsevər uşaqlar” layihəsinin qalibləri təltif edildi. Tələt Mikayılov adına şəhər 5 saylı orta məktəbin VII sinif şagirdi Afət  Rəhimova və Azad Məmmədov adına şəhər 2 saylı Təbiət Fənnləri Təmayüllü məktəb liseyin VI sinif şagirdi Zəhra Səmədova “Kitabsevər uşaqlar” layihəsində II yer tutduqlarına görə YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsi tərəfindən Diplomlarla mükafatlandırıldılar. Kitabxananın fəal oxucularının iştirakı ilə keçirilən tədbirdə məktəblilər oxuduqları kitablardan və bu kitabların onların həyatında oynadığı roldan söhbət açdılar. Tədbiri giriş sözü ilə açan MKS – nin direktoru Saməddin Nəsirov qalibləri təbrik etdi və bildirdi ki, uşaqların  kitaba, kitabxanaya marağını daha da artırmaq üçün MKS – nin tabeliyində olan bütün kitabxanaların əməkdaşları rayonumuzda fəaliyyət göstərən məktəblərdə, körpələr evi-uşaq bağçalarında olur,  “Kitabsevər uşaqlar” lahiyəsindən səsli nağıllar nümayış etdirib, onlara yeni kitablar barədə  məlumatlar verirlər. Sonra YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin üzvü  Arifə Rzayeva qalibləri təbrik edərək onlara “Kitabsevər uşaqlar” layihəsinin təbliği istiqamətində facebook.com və yootube.com internet səhifələrində paylaşılan  müxtəlif mövzuları  əhatə edən  maraqlı videoları izləmə qaydalarını öyrətdi və hər kəsi bu kanalın fəal abunəçisi olmağa dəvət etdi. Daha sonra çıxış edən Siyəzən rayon MKS – nin və Şabran rayon rayon MKS – nin əməkdaşları  qeyd etdilər ki, uşaq və yeniyetmələrin mütaliəyə marağının  artırılması istiqamətində görülən işlər arasında   bu layihə böyük əhəmiyyət kəsb edir. Tələt Mikayılov adına şəhər 5 saylı orta məktəbin müəllimi Pərvanə Məcidova   layihənin təşkilatçılarına öz təşəkkürünü bildirdi və qeyd etdi ki, uşaqların və  gənclərin təhsil səviyyəsinin artırılmasında bu kimi layihələr çox önəmlidir. Tədbirdə Afət Rəhimova Cabir Novruzun “Sevin Azərbaycanı!” şeirini səsləndirdi. Sonda  tədbirdə iştirak edən məktəblilərə kitabxana adından “Sehrli dünya” jurnalları hədiyyə edildi və xatirə şəkilləri çəkildi.