Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Heydər Əliyev Mərkəzində görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilmişdir

26.04.2018

    26 aprel 2018-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində  görkəmli akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Mərkəzin kollektivi, uşaq yaradıcılıq mərkəzinin əməkdaşları və ADPU-nun Quba filialının tələbələri iştirak etmişlər.

    Dəyirmi masanı giriş sözü ilə Mərkəzin direktoru E.Orucova açmış,  ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirələri bir dəqiqəlik sükut ilə yad edilmişdir.

     Mərkəzin direktoru E.Orucova “Görkəmli alim, sədaqətli həyat yoldaşı və müqəddəs ana” mövzusunda mərizə ilə çıxış edərək qeyd etmişdir ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətənin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların  hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz  Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, artıq bütün dünyada öz nüfuzu ilə seçilən, titanik fəaliyyəti ilə  Azərbaycanı bölgənin lider dövlətinə çevirən Prezidentimiz İlham Əliyevin xeyirxah anası olmuşdur.  Zərifə xanımın xatirəsi ölkəyə rəhbərliyin daşlı-kəsəkli yollarında  möhtərəm Prezidentimiz cənab İlham Əliyevi fədakarcasına xalqa xidmət etməyə, yaşayıb-yaratmağa , mübarizəyə ruhlandırır.

    Dəyirmi masada ADPU-nun müəllimi S.Bədəlov, Mərkəzin əməkdaşları Ş.Seyidzadə, G.Novruzova, ADPU-nun tələbəsi A.Zahirov və başqaları çıxış edərək dünya tibb elminə əvəzolunmaz tövhələr vermiş böyük alimin həyatı və ictimai-siyasi fəaliyyətindən geniş söhbət açmışlar.

    Sonda Zərifə xanım Əliyeva haqqında hazırlanmış film nümayiş etdirilmişdir.