Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Heydər Əliyev Mərkəzində ” Gözlərə nur bəxş edən nəcib xanım” mövzusunda tədbir keçirilmişdir

27.04.2018

    27 aprel 2018 - ci il tarixində Xaçmaz Heydər  Əliyev Mərkəzində görkəmli avtolmoloq -alim Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 95 - ci ildönümünə həsr olunmuş " Gözlərə nur bəxş edən nəcib xanım" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin kollektivi, Xaçmaz şəhər İ.Qayıbov adına 3 saylı və Xaçmaz şəhər 4 saylı məktəblərin müəllim və şagird kollektivləri iştirak edirdi.Tədbiri  giriş sözü ilə açan Mərkəzin drektoru Könül xanım Əsgərəva çıxış edərək bildirdi ki,  " Zərifə xanım görkəmli elm xadimi olmaqla yanaşı O, həm də qayğıkeş ana, vəfalı ömürgün yoldaşı və incə qəlbli bir xanım idi.Zərifə Əliyeva tibb sahəsində bir çox yeniliklər etmiş, müalicəsi çətin olan traxoma kimi  göz xəstəliyinin müayinə və müalicəsi yollarını araşdırmış və müxtəlif göz xəstəliylərində müayinə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşgul olmuşdur". Sonra 3 saylı məktəbin ədəbiyyat müəllimi Gülşən Əhmədovada Zərifə xanım Əliyevanın  keçdiyi böyük  həyat yolundan geniş və ətraflı danışaraq bu nəcib xanıma həsr etdərək yazdığı  öz şerini söylədi.Daha sonra Mərkəzin nəznində fəaliyyət göstərən "bədii qiraət" dərnəyinin üzvləri Zərifə Əliyevaya həsr olunmuş şerlər söylədilər.