Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilmişdir.

07.05.2018

04 may 2018-ci il tarixində B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilmişdir. Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov bildirib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Mədəniyyət Mərkəzinin metodisti Günel Əhmədova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı məruzəsində bildirmişdir ki, mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümumilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Sonra ulu öndər Heydər Əliyevin ölkəmizin mədəniyyət və incəsənət sahəsinə diqqət və qayğısından bəhs edən film nümayiş etdirilmişdir.