Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında Ümummilli lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı elmi-praktiki konfrans keçirildi.

08.05.2018

    08.05.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında Ümummilli lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı elmi-praktiki konfrans keçirildi. Ulu öndərin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildikdən sonra onun mənalı ömür yolundan bəhs olunan video-çarx izlənildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Saməddin Nəsirov açaraq bildirdi ki, Azərbaycan Respublikasının ümummilli lideri, Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan Heydər Əlirza oğlu Əliyevin bu gün 95 yaşı tamam olur. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci adamı tapmaq mümkün deyildir. Tədbirdə iştirak edən  Heydər Əliyev Mərkəzinin direktoru, Əməkdar mədəniyyət  işçisi Elza Orucova çıxışında qeyd etdi ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan, Azərbaycan səviyyəsində, hətta Qərb miqyasında sözünün gücü olan lider idi. Sonra Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədova çıxış edərək bildirdi ki, bir tarixi şəxsiyyət kimi Heydər Əliyevin bəşər tarixinin dahi şəxsiyyətləri ilə bir sırada durduğunu bu günün zaman məsafəsindən daha aydın görürük. Heydər Əliyev həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.  Daha sonra “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı məruzə ilə Mərkəzi Kitabxananın əməkdaşı Rübabə Hacıbəyova çıxış edərək bildirdi ki, Azərbaycan mədəniyyətinin inkişafı və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına öz töhfələrini vermişdir. Bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz  xatirəsi qədirbilən Azərbaycan xalqının və kitabxana işçilərinin xatirəsində əbədi yaşayacaqdır. Tədbirin sonunda “Heydər Əliyev -95” adlı sərgiyə baxış keçirildi.