Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilmişdir

11.05.2018

    11 may 2018-ci il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri,  regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak etmişdir.  İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi N.Ağayev 2018-ci ilin yanvar-aprel ayları ərzində görülən işlərdən, əldə edilən nailiyyətlərdən, regional idarənin iştirak etdiyi beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdən danışıb.

     Daha sonra şurada gündəliyə çıxarılan məsələlər -  Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2018-ci il tarixli Sərəncamı, Yay mövsümü ilə əlaqədar əhalinin asudə vaxtının səmərəli təşkili istiqamətində mədəniyyət müəssisələrinin qarşısında duran vəzifələr, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsi, kitabxana informasiya sahəsinin inkişafı və kitabın təbliğində qarşıda duran vəzifələrin icrası müzakirə edilib.

     İdarə rəisi sonda mədəniyyət müəssisələrində əmək intizamının gücləndirilməsi, iş fəaliyyətlərinin günün tələblərinə uyğun qurulması, xalq dekorativ-tətbiqi sənət növlərinin inkişafı və təbliği, bu sahə ilə məşğul olan istedadlı şəxslərin üzə çıxarılması istiqamətində tapşırıq və tövsiyələrini verdi.