Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş uşaq musiqi, ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında III Respublika müsabiqəsi keçirilmişdir.

07.05.2018

Müsabiqədə 1000-dən yuxarı gənc musiqiçi öz bacarığını sınamışdır.

              Quba Uşaq İncəsənət məktəbinin 8 şagirdi bu müsabiqədə iştirak etmişlər.

           Məktəbin 6  şagirdi müsabiqənin sertifikatına , kanon ixtisası üzrə IV sinif şagirdi Nazpəri Mustafayeva müsabiqənin fəxri fərmanına, fortepiano ixtisası üzrə IV sinif şagirdi Eldar Mütəllimov  müsabiqənin diplomuna layiq görülmüşlər.

              Müsabiqə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyinin və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilmişdir.

               Müsabiqəyə 14 apreldə seçim turu, 17 apreldə birinci tur  , 25 apreldə  ikinci tur  keçirilmişdir.

             Yekun konsert və diplomların təqdimatı  may ayının 3-də Azərbaycan Dövlət Filarmoniyasında keçirilmişdir.