Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Uşaq İncəsənət məktəbində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

09.05.2018

    Tədbiri məktəbin direktoru Mirkazım Cəfərov açaraq Ulu öndərin Azərbaycan dövlətinin ictimai-siyasi , iqtisadi və mədəni –mənəvi tərəqqisində rolu barəsində danışmışdır. Ulu öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

     Məktəbin tədris işləri üzrə direktor müavini Sevil Bayramova “Heydər Əliyev  və mədəniyyət “ mövzusunda məruzə etmişdir.

     Məktəbin xoru  Oktay Rəcəbovun  “ Ulu öndər” mahnısını , V sinif şagirdi Eldar Əhmədzadə və    IV sinif şagirdi Əminə Əliyeva  fortepianoda Betxovenin “3 alman rəqsi” , V sinif şagirdi Ceyhun Zeynalov  qarmonda Tofiq Quliyevin  “Bakı haqqında “ mahnı, IV sinif şagirdi  Eldar Mütəllimov fortepianoda Arif Məlikovun  “ Ağır vals” , IV sinif şagirdi Nazpəri Mustafayeva qanunda Fikrət Əmirovun “Lay-lay” və məktəbin skripkaçalanlar ansamblı  Üz.Hacıbəyovun  “Arşın mal alan” operettasından  “Müqəddimə”   ifa etdilər. Məktəbin xanəndə müəllimi İmran Abullayev  xalq çalğı alətləri ansamblının müşayiəti ilə  “Heyratı zərb muğamını “ ifa etmişdir.

     Tədbir şagird və müəllimlərin ifasında maraqlı konsert proqramı ilə davam etmişdir.