Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Amsar kənd Diyarşünaslıq evi və Amsar kənd kitabxanası ilə birgə Böyük Vətən müharibəsinin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

07.05.2018

    7 May 2018-ci il tarixində Amsar kənd Diyarşünaslıq evi və Amsar kənd kitabxanası ilə birgə Böyük Vətən müharibəsinin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Müharibədə həlak olanların xatirəsinə ucaldılmış abidənin qarşısında keçirilən tədbiri giriş sözü ilə Amsar kənd kitabxanasının müdiri S.Sultanova açaraq böyük qələbə uğrunda gedən mübarizədən danışmışdır. Amsar kənd Ağsaqqallar şurasının sədri H.Məlikov, Amsar kənd məktəbinin direktoru H.Bayramov, müharibə veteranı Salduz Səmədov öz çıxışlarında qələbə münasibətilə iştirakçılara təbriklərini çatdırıb, xoş arzularını bildirmişlər. Tədbir Amsar kənd Diyarşünaslıq evinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.