Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar Dövlət Ləzgi Dram teatrı Xaçmaz rayonunda” Pəri Cadu” tamaşası ilə çıxış edib

16.05.2018

     Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə təşkil edilən Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilmiş “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində 16 may 2018-ci il tarixində Qusar Dövlət Ləzgi Dram teatrı Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Əbdürrəhim bəy  Haqverdiyevin “Pəri Cadu” tamaşası ilə çıxış etmişdir. Tamaşanın quruluçu rejissoru Laləzar Hüseynova, quruluçu rəssamı Marina Mahmudova və musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

       Tamaşadan öncə tamaşaçılar Mədəniyyət Mərkəzinin foyesində  təşkil edilmiş sərgi ilə tanış olmuşdur.