Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində ”Azərbaycanda muzeylərin təşəkkülü - dünəni və bugünü” mövzusunda tədbir keçirilmişdir

18.05.2018

      18 may 2018-ci il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində “18 may- Beynəlxalq muzeylər günü” münasibətilə "Azərbaycanda muzeylərin təşəkkülü - dünəni və bugünü" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, muzey sahəsində çalışan şəxslər və digər mədəniyyət işçiləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru P.Mehdiyeva Beynəlxalq muzeylər gününün təsis edilmə tarixindən, muzeylərin yaradılma tarixindən, ölkəmizdə yaradılan ilk muzeydən danışdı, muzeylərin fəaliyyəti barədə geniş məlumat verdi.

       Daha sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi N.Ağayev ölkəmizdə mədəniyyətin digər sahələri kimi muzeylərə göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, Bu gün cənab Prezident İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı, 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” və digər normativ aktlar bu sahədə hüquqi bazanın formalaşdırılmasının əyani ifadəsidir. Sonda idarə rəisi muzey işçilərini bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

    Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru K.Əsgərova öz çıxışında muzeylərin əhəmiyyətindən  danışaraq bildirdi ki, bugün hər bir muzey işçisinin üzərinə düşən ilk vəzifə bu sahədə öz biliklərini artırmaq, muzeylərə gələn qonaqlara dolğun məlumatlar verməkdir.

     Sonra tədbir 9 saylı məktəbin şagirdlərinin muzeylər haqqında qısa məzmunlu çıxışları ilə davam etdi.