Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Mərkəzi Kitabxanası tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə X kitab bayramı keçirildi.

17.05.2018

    17 May 2018-ci il tarixdə Şabran rayon Mərkəzi Kitabxanada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Kitab işıq dolu bir laləzardır, Kitab olan yerde işıqda vardır” adlı Kitab bayramı keçirildi.

     Tədbirdə rayon ziyalıları “Şabran ədəbi məclisinin üzvləri”, Siyəzən MKS-inin direktoru Şəfiqə Arzudovum, işçiləri və digər qonaqlar iştirak etdilər. Aparıcı gələn qonaqları salamladı və tədbiri açıq elan etdi. Tədbirdə rayonun həvəskar aktyorlarının ifasında səhnələşdirilmiş Nizami Gəncəvi və oglanın dialoqu Səməd Vurğunun “Xosrov və Şirin ” əsərindən bir parça ifa olundu. Şabran rayon Məmmədağa Nəzirov adına 4 №li tam orta məktəbin şagirdlərinin və 1 №li uşaq bağçasının balaca fidanlarının ifasında bir – birindən maraqlı çıxışlar alqışlarla qarşılandı. Şabran rayon Mədəniyyət Sarayının musiqi kollektivinin rəngarəng musiqi nömrələri tədbiri daha da maraqlı etdı. Qonaqlardan Şabran rayon İcra Hakimiyyətinin nümayəndəsi Daşqın Məmmədov, Siyəzən MKS-inin direktoru Şəfiqə Arzudovum çıxış etdilər. “Şabran ədəbi məclisinin üzvləri” Zakir Bayramlı, Əmircan Şabranlı öz yeni şeirlərini söylədilər.