Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında Mehdi Məmmədovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Milli kinomuzun fəxri” adlı tədbir keçirildi

18.05.2018

    18.05.2018-ci ilə tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru,professor Mehdi Məmmədovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Milli kinomuzun fəxri” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini Hüriyyə Sultanova açaraq bildirdi ki, Prezident İlham Əliyev aprelin 23-də görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Nadir istedada malik rejissor kimi Mehdi Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlara görə ölkə teatrı tarixinə parlaq səhifələr yazmışdır.Tədbirdə iştirak edən kitabxananın fəal oxucusu, Mehdi Məmmədov sənətinin pərəstişkarı Səfər Səfərov çıxış edərək bildirdi ki, Mehdi Məmmədov Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş, kafedra müdiri olmuşdur. 1959-cu ildə “Azərbaycanfilm”in istehsal etdiyi “Onu bağışlamaq olarmı” filmində Qaya roluna çəkilmişdir. Daha sonra Mərkəzi kitabxananın əməkdaşı Sevinc Abasova Mehdi Məmmədovun həyat və yaradıcılığından söhbət açaraq qeyd etdi ki, sənətdə qazandığı uğurlara və milli teatr sənətinin inkişafında xidmətlərinə görə 1949-cu ildə “Əməkdar incəsənət xadimi”, 1958-ci ildə “Xalq artisti”, 1974-cü ildə isə “SSRİ Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.