Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi.

16.05.2018

    16.05.2018-ci  il tarixdə  Quba rayon MKS-nin mərkəzi  kitabxanasının uşaq  şöbəsinin  oxu zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik  yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zal müdiri Rima Seyfullayeva açaraq tədbir iştirakçılarını salamladı və bildirdi ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. 28 May- Respublika Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin  yarandığı gündür.  Sonra uşaq şöbəsinin baş kitabxanaçısı Nazilə  Əsədullayeva çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı olmuşdur. 1918-ci ilin 9 noyabrında M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı qəbul edilmişdir.  O zamana  qədər Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qırmızı rəngdə idi. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23  ay fəaliyyət  göstərə bildi. Amma xalqımızın azadlıq arzusu heç  vaxt sönmədi və 1991-ci ildə Azərbaycan  yenidən öz müstəqilliyini élan etdi. Sonda tədbir iştirakçıları oxu zalında “Azərbaycan Xalq Cümhuriyyəti 100 başlıqlı sərgi ilə tanış oldular.