Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmazda “Milli folklorumuzu və dəyərlərimizi öyrənək” adlı tədbir keçirilmişdir

23.05.2018

      Xaçmaz Regional Mədəniyyət İdarəsi və Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılğı ilə 23 may 2018-ci il tarixində Xaçmaz rayonunda yaşayan xalqların və etnik qrupların zəngin musiqi mədəniyyəti ilə tanışlıq və nümunələrinin toplanması məqsədilə “Milli folklorumuzu və dəyərlərimizi öyrənək” adlı tədbir keçirilmişdir. Tədbirdə H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin “Buta” folklor kollektivinin, Niyazabad Folklor evi, Yeni Həyat qəsəbə folklor klubu, Hacıəlibəy kənd folklor klubunun yerli adət ənənələri və musiqi nümunələrini özündə təcəssüm etdirən çıxışları Ü.Hacıbəyov adına Musiqi Akademiyasının müəllim heyəti tərəfindən izlənilmişdir.