Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən region sənətkarlarının əl işlərinin sərgisinə davam edir

24.05.2018

    Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən regionda dekorativ-tətbiqi sənət növləri ilə məşğul olan sənətkarların əl işlərinin sərgisinə artıq start verilib. Ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş belə sərgilərin keçirilməsində əsas məqsəd bu sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsidir.

      Növbəti belə sərgi 24 may 2018-ci il tarixində Xaçmaz Dövlət Rəsm Qalereyasında Çay daşı üzərində oyma ustası Ədalət Pirverdiyevin əl işlərindən ibarət təşkil edildi. Tədbiri giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə regional idarə tərəfindən xüsusi layihə hazırlandığını və gələcəkdə sənətkarların əl işlərinin satışı məqsədilə sərgi-satış mərkəzlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirdi. Regional İdarənin rəisi N.Ağayev sənətkar Ə.Pirverdiyevin sənətinin çox unikal olduğunu, bu sənət növünün qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğuladı.

        Daha sonra çıxış edən Xaçmaz Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova belə sərgilərin keçirilməsinin sənətkarların fəaliyyətinə xüsusi təkan verəciyini açıqladı və Z.Ağayevə fəaliyyətində uğurlar arzuladı. Həmçinin belə sərgilərin yaxın gələcəkdə məktəblərdə də təşkilinin zəruriliyindən danışdı.

        Sonda  Ədalət Pirverdiyevə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanı və hədiyyə təqdim edildi, sərgiyə baxış keçirildi.