Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Regional Muğam Festivalı” keçirilmişdir

25.05.2018

     25 may 2018-ci il tarixində Quba şəhərində Quba rayon İcra Hakimyyətinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Regional Muğam Festivalı” keçirilmişdir.  Festivaldan sonra keçirilən tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev keçirilən festivalın əhəmiyyətindən, ölkəmizdə muğama göstərilən dövlət qayğısından danışdılar . Təşkil edilən  konsert proqramında muğam ustaları və festival iştirakçılarının çıxışları dinlənildi. Sonda  tədbirdən öncə təşkil edilmiş müsabiqədə münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev tərəfindən diplom və mükaftlar təqdim etdilər.

     Tədbirdən öncə həmçinin dekorativ-tətbiq sənət növləri ilə məşğul olan region sənətkarlarının əl işlərinin sərgisinə baxış keçirildi.