Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar şəhəri Nəriman Nərimanov adına mərkəzi parkda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş X Kitab Bayramı keçirilmişdir

24.05.2018

      24.05.2018-ci il tarixdə Qusar şəhəri Nəriman Nərimanov adına mərkəzi parkda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş X Ümumrespublika Kitab Bayramı keçirilmişdir.Kitab Bayramında 38 müxtəlif mövzuda tərtib olunmuş sərgilərdə 325 adda 3500-dən artıq kitab sərgilənmişdir.Bundan əlavə ümumtəhsil məktəbləri və məktəbdənkənar tədris müəssisələri kollektivlərinin əl işləri nümayiş etdirilmişdir.Tədbirdə rayon rəhbərliyi, idarə və müəssisələrin, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak etmişlər.

         Kitab bayramında çoxsaylı oxuculara və istifadəçilərə 310-dan artıq kitab,  200-dən artıq jurnal və digər qiymətli hədiyyələr təmənnasız olaraq verilmişdir.  Kitab bayramı  çərçivəsində  gün  ərzində kitabxanaya 125 nəfər ilk dəfə oxucu olmuşlar. 

       Çıxış edən MKS-nin direktoru Zahir Mustafayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Təhsil Şöbəsi metodika kabinetinin direktoru Qorxmaz Muradov və Rayon İcra Hakimiyyəti başçısının müavini Zoya Eldarova  tarixi şəxsiyyət və Ümummilli Lider kimi yüksək keyfiyyətlərin daşıyıcısı, qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində oynadığı misilsiz rolundan danışmışlar. Azərbaycan mədəniyyətinin, o cümlədən kitabxanaların müasir inkişaf səviyyəsinə gəlməsində Ümummilli Liderin misilsiz xidmətləri xüsusi qeyd olunmuşdur.Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi cənab Nazim Ağayev kitabxanaların müasir dövrdə elmin, təhsilin və ziyalılığın yüksək səviyyəyə qalxmasında vacib rolu xüsusi olaraq vurğulamışdır. N. Ağayev Region Mədəniyyət İdarəsi tərəfindən fəal oxucular arasında müsabiqənin keçiriləcəyini elan etmiş və qaliblərə ilin sonunda daha çox kitab oxuyan oxuculara pul mükafatı veriləcəyi bildirmişdir.Xaçmaz Regionl İdarəsi tərəfindən Qusar rayon MKS-in direktoruna və işində fərqlənən Ləcət,Zindan Muruq Qışlaq və Gədəzeyxur kitabxana filiallarına fəxri fərmanlar təqdim olunmuşdur.Qusar rayon MKS-i tərəfindən ən fəal 10 oxucuya fəxri  fərmanlar və qiymətli hədiyyələt təqdim olunmuşdur. Kitabxanaların və kitabların oxuculara daha yaxın olması, oxuculara mütaliə vərdişlərinin aşılanması sahəsində kitabxanalar tərəfindən daha müasir forma və metodlardan istifadə olunmasının vacibliyi qeyd  edilmişdir.Tədbir geniş və maraqlı bədii hissə ilə davam etmişdir.Gün ərzində rayon ictimaiyyəti və çoxsaylı oxucular açıq havada kitabxana xidmətindən istifadə etmişlər.