Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Heydər Əliyev Mərkəzində Respublikanın Əməkdar artisti Aliyə Ramazanova ilə görüş keçirilmişdir.

26.05.2018

    Qusar rayon Heydər Əliyev Mərkəzində Respublikanın Əməkdar artisti, eyni zamanda Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının çox uzun illər baş solisti olan, öz rəqsləri ilə dünyanı gəzən Aliyə Ramazanova ilə görüş keçirilmişdir. Görüşdə rayon ictimaiyyətin nümayəndələri və rəqs həvəskarları iştirak edirdi.

    Tədbiri giriş sözü ilə Neva Abdurahmanova açaraq, Aliye Ramazanova ilə təşkil olunan bu görüşü böyüməkdə olan gənc nəsillərin estetik zövqünün formalaşmasında çox vacib əhəmiyyətindən danışdı. Görüşdə Mərkəzin əməkdaşları tərəfindən Aliyə Ramazanova haqqında hazırlanan təqdimata baxış keçirildi.

    Sonra isə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzre nümayəndəsi David İbramxəlilov həmyerlimiz, əslən Qusar rayonun Piral kəndindən olan Aliyə Ramazanova haqqında xoş sözlər söylədi ve bu göruşün əhəmiyyətindən danışdı.

      Tədbirin ikinci hissəsi rəqs proqramı ilə zəngin idi. Aliyə Ramazanovanın tələbəsi Rena Qafarli öz reqsleri ile tamashaçilari heyran buraxdi. Rayon məktəblilərin ifalarındakı rəqslər Aliyə Ramazanova diqqətlə baxıldıqdan sonra onlara müəyyən məsləhətlər verildi. Əslən Piral kəndindən olan Lida Qocağayeva, Lyudmila Məmmədova Aliyə Ramazanova haqqında xoş sözlər söylədilər və qonaq ona verilən sualları cavablandırdı. Uzun illər sonra doğma Qusara bu gelişin birinci olduğunu qeyd edən Aliyə Ramazanova, başda tədbirin təşkilatçıları olmaqla, hamıya öz dərin minnətdarlığını bildirdi. Tədbir Aliyə Ramazanovanin tələbəsi Rəna Qafarlının ifasında "Ləzginka" rəqsi ilə sona çatdı.