Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar “Bir kərə yüksələn bayraq, bir daha enməz!” mövzusunda dəyirmi masa keçirilmişdir.

24.05.2018

   24 may 2018-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin  Quba Heydər  Əliyev Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar “Bir kərə yüksələn bayraq, bir daha enməz!” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzinin, tarix və diyarşünaslıq muzeyinin, mərkəzi kitabxananın, musiqi məktəblərinin əməkdaşları, ADPU-nin Quba filialının və Quba Sosial İqtisad kollejinin tələbələri iştirak etmişlər.

   Tədbiri giriş sözü ilə Mərkəzin direktoru E.Orucova açmış, ilk öncə ulu öndər Heydər Əliyevin və Xalq Cumhuriyyəti yaradıcılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Mərkəzin direktoru E.Orucova “Bir kərə yüksələn bayraq, bir daha enməz!” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, 28 May Azərbaycan Xalq Cumhuriyyətinin ilk bünövrə daşlarının qoyulduğu, hər bir Azərbaycan vətəndaşının qəlbini milli qürur hissi ilə dolduran, xalqımızın azadlıq və müstəqillik naminə mübarizə tarixinə qızıl hərflərlə həkk olunmuş şərəfli bir gündür. Həmin gün xalqımızın tarixində mühim hadisə olan  ilk demokratik respublika yaradılmış, ilk istiqlal bəyənnaməsi qəbul edilmişdir. Lakin bu müstəqilliyimiz cəmi 23 ay yaşamışdır, Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini elan etmiş, ancaq əsl müstəqilliyini isə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə möhkəmləndirmişdir. Vaxtilə M.Rəsulzadənin dediyi “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sözlərini ulu öndər Heydər Əliyev həqiqətə çevirmiş, Azərbaycanın müstəqilliyini dönməz və əbədi etmişdir.

     Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə yüksək qiymət verir. “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi haqqında” sərəncamı onun milli dövlətçilik tariximizə diqqət və qayğısının bariz nümunəsidir.

Dəyirmi masada Quba tarix və diyarşünaslıq muzeyinin direktoru M.Hacıyeva,  Quba Sosial İqtisad Kollejinin tələbəsi E.Əliağayev,  Quba Heydər Əliyev Mərkəzindəki ədəbiyyat dərnəyinin üzvü H.Nuriyeva və N.Allahverdiyeva çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından və Cumhuriyyətin Azərbaycanın dövlət rəmzlərinin, atributların qəbul edilməsi, ana dilinin dövlət dili elan edilməsi və Azərbaycanın üçrəngli bayrağının təsis edilməsi və digər sahələrdəki xidmətlərindən ətraflı söhbət açmışlar.

     Tədbirdə Quba Heydər Əliyev Mərkəzinin  Heydər Əliyevin 95-ci il dönümü və Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar şəhər məktəbləri arasında keçirilən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşdirilmiş, inşa-yazı müsabiqəsinin qalibi Quba şəhər H.Hüseynov adına 4 saylı hümanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri olmuş, onlara Fəxri Fərmanlar və Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunmuş kitablar təqdim edilmişdir.