Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ”Azadlıq elçiləri” adlı tədbir keçirildi.

24.05.2018

    24.05.2018 tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azadlıq elçiləri" adlı tədbir keçirildi.Tədbirdə cümhuriyyətin tarixi,yaranma səbəbləri,həyata keçirdiyi islahatları,qanunvericilik ənənələri,hərbi xidmətləri və s. məqamlara toxunuldu.Qeyd olunduki,müasir müstəqil  Azərbaycan məhz Xalq Cümhuriyyətinin varisidir və eyni ideyalara malikdir.

     Cümhuriyyətin dövründə yaradılmış İstiqlal muzeyi isə ilk rəsmi dövlət muzeyi olaraq olduqca dəyərlidir.

      Tədbiri giriş sözü ilə muzeyin direktoru P.Mehdiyeva açaraq bu ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmasından və münasibətlə bütün ölkədə silsilə tədbirlərin keçirildiyini vurğuladı.Tarixçi C.Mehmanov çıxış edərək cümhuriyyət tarixinin müxtəlif məqamlarına toxundu.Daha sonra tədbir bayram əhval ruhiyyəsilə davam etdi.Rayonun 8,6,3 saylı məktəblərinin şagirdlərinin ifasında şerlər və mahnılar dinlənildi.