Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən Heydər Əliyev Mərkəzinin və Peşə Məktəbinin birgə təşkilatçılığı ” Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika ” adlı musiqili tədbir və sərgi təşkil edilmişdir.

24.05.2018

    24.05.2018-ci il tarixində Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin və Peşə Məktəbinin birgə təşkilatçılığı ilə, Ulu öndər Heydər Əliyevin 95 –ci il dönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubleyi ilə əlaqədar olaraq " Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika " adlı musiqili tədbir və sərgi təşkil edilmişdir. Tədbirdə Siyəzən rayon idarə və təşkilatları, Peşə məktəbinin kollektivi və Siyəzən rayon ümumtəhsil məktəbinin şagirdləri və s iştirak etmişdir. Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova gələn qonaqları salamlamış, AXC-nə həsr edildiyi sərgiyə gələnləri tanış etmişdir.Çıxışında bildirmişdir ki, Bu il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunurdu.Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı ilə  tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramının göstərdi. Qonaqlar Öndər Heydər Əliyevin geniş miqyaslı həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Mərkəzdə yaradılan AXC -nin 100- illik yubleyinə həsr etdiyi sərgiylə və Peşə Məktəbinin şagirdləri tərəfindən hazirlanan əl işləri ilə yaxından tanış oldular. Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbiri Peşə Məktəbinin direktoru Pirverdi Tarverdiyev açaraq qeyd etdi ki,  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Çünki bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlmiş və çox çətin şəraitdə fəaliyyət göstərmişdir. AXC-nin yaşadığı 23 ay müddətində gənc dövlət başqa sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyünün qorunmasında da əhəmiyyətli işlər görmüşdü. Daha sonra tədbir  gənclərin və məktəblilərin hazırladığı kompozisiyalarla davam etdirildi. Sonda Peşə Məktəbinin kollektivi tərəfindən Heydər Əliyev Mərkəzinə tələbələrin toxuduğu xalça hədiyyə edildi.