Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba Uşaq Musiqi məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə “Möhtəşəm 100 il” adlı tədbir keçirilib.

29.05.2018

     Mayın 29-u Quba Uşaq Musiqi məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə “Möhtəşəm 100 il” adlı tədbir keçirilib. Tədbirdə giriş sözü ilə məktəbin direktoru İlqar Məmmədov çıxış edib. O hər kəsi təbrik edib və məktəb şagirdlərinin 2017-2018-ci tədris ilində qazandığı uğurlardan danışıb. Bu il Quba Uşaq Musiqi məktəbinin şagirdi Günel Məmmədova “Qara Qarayevin 100 illik yubileyinə həsr olunan pianoçuların V respublika elmi-ifaçılıq müsabiqəsi”nin diplomantı, Mehrac Kərimov isə “Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan regional muğam festivalı”nda II yerin sahibi olub.

    Sonra məktəbin müəllimi Coşqun Beydullayev AXC-nin tarixi haqqında qısa məlumat səsləndirib. Qeyd edib ki, 100 il bundan əvvəl ölkəmizdə parlamentli respublikanın qurulması böyük tarixi hadisə idi. AXC  müsəlman Şərqində və türk dünyasında yaradılan ilk demokratik respublikadır. Babalarımız çətin şəraitdə xalqımıza istiqlalın, azadlığın nə olduğunu yaşatdılar.

    Ardınca tədbirin bədii hissəsinə start verilib. Müəllim və şagirdlərin ifasında bir-birindən maraqlı nömrələr tamaşaçılara təqdim olunub.