Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş “Müstəqil Azərbaycan-Azərbaycan Xalq Cümhuriyyətinin varisidir “adlı elmi-praktik konfrans keçirildi.

25.05.2018

      25 may 2018-ci il tarixində Xaçmaz rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 100 illiyinə həsr edilmiş “Müstəqil Azərbaycan-Azərbaycan  Xalq Cümhuriyyətinin varisidir “adlı elmi-praktik konfrans keçirildi.  Tədbiri giriş sözü ilə MKS-i n direktoru A.Əlifxanov açdı.1918-ci il Mayın 28-də M.Ə.Rəsulzadənin başçılığı ilə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti  ölkəmizin tarixində çox mühüm olmaqla, xalqın müstəqillik arzusnu nümayiş etdirmişdir.Azərbaycan Demokratik Respublikası müsəlman şərqində ilk parlamentli republika olmuşdur.Türk və İslam dünyasında ilk,hüquqi və dünyəvi dövlət nümunəsi kimi tanınmışdır.Cəmi 23 ay yaşamasına baxmayaraq,gördüyü böyük işlərə Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.Son dərəcə mürəkkəb beynəlxalq və daxili  vəziyyətə baxmayaraq, ADR ərazi və sərhəd məsələlərinə böyük əhəmiyyət vermişdir.  Tədbirdə tarix müəllimi Vaqif Qədimov Azərbaycan Xalq Cümhuriyyətinin qisa lakin şərəfli bir yol keçməsindən geniş məruzə etdi.Direktor müavini B.Məmmədov,Metodika və biblioqrafiya şöbəsinin müdiri  Z.Məmədov  və digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində  Cümhuriyyətə  başçılıq edən şəxslərin Əlimərdan bəy Topçubaşovun,Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin,Nəsib bəy Yusifbəylinin,Səməd bəy Mehmandarovun,Əliağa Şıxlınskinin və başqalarını böyük xidmətlərindən söz açdılar.Tədbirdə İnformasiya və resurs şöbəsinin müdüri S.İsmayılova Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş  sənədli film  nümayiş etdirdi.Daha sonra AXC dair sərgiyə baxış keçirildi.