Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında “Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə əlaqədar “Hər uşaq xoşbəxt olsun”! mövzusunda səhərcik keçirildi.

01.06.2018

     31.05.2018-ci il tarixdə Quba rayon MKS-nin  mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında “Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə əlaqədar “Hər uşaq xoşbəxt olsun”! mövzusunda səhərcik keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zal müdiri Rima Seyfullayeva açaraq  tədbir iştirakçılarını mərkəzi kitabxananın kollektivi adından təbrik etdi və bildirdi ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir.  Uşaqlara diqqət hər zaman göstərilməli, onların problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir. Sonra uşaq şöbəsinin böyük biblioqrafı Məlahət Məmmədova Müstəqil  Azərbaycanımızda bugünki şad, firavan, xoş günlərimizi keçirməyimiz üçün ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, “SOS  Kinderdorf İnternəşri” təşkilatı ilə respublika höküməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq  kəndi salınmışdır. Tədbirdə fəal oxuculardan Zəhra Səmədova, Ülkər Həbibova, Afət Rəhimova, Samirə Əliyeva, Fidan İsbatova, Xədicə Allahverdiyeva, Gülnar Abasova və başqaları rəngarəng şeirlərlə çıxış etdilər. Sonda tədbir iştirakçıları oxu zalında “Hər uşaq xöşbəxt olsun” başlıqlı sərgi ilə tanış oldular.