04.06.2018
04 iyun 2018-ci il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində regionda fəaliyyət göstərən Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən Heydər Əliyev Mərkəzlərinin işçilərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev regionda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin fəaliyyətindən, onların qarşısında duran əsas vəzifələrdən danışdı. Daha sonra regionda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin direktorlarının çıxışları dinlənildi, mərkəzlərin fəaliyyəti təhllil olundu. Sonda Regional İdarənin rəisi Nazim Ağayev Ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan mərkəzlərin fəaliyyətinin daha da aktuallaşdırılması və günün müasir tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq tapşırıq və dəyərli tövsiyələrini verdi.
Müşavirədən öncə Quba Heydər Əliyev Mərkəzinin foyesində “Bacarıqlı əllər” dərnəyinin təşkil etdiyi sərgiyə baxış keçirildi.