Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusarda regionun Tarix-diyarşünaslıq muzeylərinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilmişdir

06.06.2018

     6 iyun 2018-ci il tarixində Qusar Uşaq İncəsənət məktəbində regionda fəaliyyət göstərən Xaçmaz, Quba, Qusar və Şabran Tarix Diyarşünaslıq muzeylərinin, Pirəbədil Tarix muzeyinin, həmçinin Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin filialları olan Xalça muzeyi və Döyüş şöhrəti muzeylərinin, Quba Tarix Diyarşünaslıq muzeyinin filialları olan Şəhidlər muzeyi və A.A.Bakıxanovun memorial ev muzeylərinin işçilərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə muzey sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr müzakirə olundu.

      Müşavirəni giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev regionda fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeylərinin fəaliyyətindən, regiona daxil olan rayonlarda tarix-diyarşünaslıq muzeylərinin rolunun gücləndirilməsi, muzeylərin sərgi-ekspozisiyasında müasir standartların tətbiqi və muzey işçilərinin peşəkarlığının artırılmasının vacibliyini vurğuladı.

     İdarə rəisi çıxışında muzeylər arasında əməkdaşlıq, informasiya mübadiləsi, təbliğat işlərinin gücləndirilməsini, sosial şəbəkələrdə təbliğat kimi önəmli məsələlərə də toxundu.

    Daha sonra regionda fəaliyyət göstərən muzey direktorlarının çıxışları dinlənildi, muzeylərin fəaliyyəti təhllil olundu. Sonda Regional İdarənin rəisi Nazim Ağayev qarşıda duran vəzifələr və mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıq və dəyərli tövsiyələrini verdi.

      Müşavirədən öncə muzey işçiləri Qusar Tarix Diyarşünaslıq muzeyinin iş təcrübəsi ilə tanış oldular, onlara Qusar rayonu haqqında geniş məlumat verildi.