Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran Tarix Diyarşünaslıq Muzeyində ”İşıqlı İlmələr” adlı tədbir keçirilmişdir

11.06.2018

    YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezenatativ Siyahısı"na daxil olan Azərbaycan xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədi ilə Şabran Tarix Diyarşünaslıq Muzeyində "İşıqlı İlmələr" adlı tədbir keçirilmişdir. Tədbirdə Şabran şəhər 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitbxana Sisteminin, Poeziya Evinin əməkdaşları iştirak etmişdilər.Tədbirdə xalça sənətinin inkişafından, dünya muzeylərində və xarici rəssamlarının əsərlərində Azərbaycan xalçası, Qədim Şabran xalçaları mövsusunda danışılmış, "Xalça Haqqında Dastan" adlı sənədli filmi və Şabran xalçaları slaydi nümayiş etdirilmişdir.Tədbirin sonunda "Qızıl Əllər" adlı sərgiyə baxış və xatirə şəkilləri çəkdirilmişdir.