13.06.2018
13.06.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin işçiləri tərəfindən fəal oxucuların asudə vaxtlarının səmərəli və maraqlı keçməsi üçün rayon ərazisində yerləşən ailəvi parkda “Təbiətin qoynunda mütaliə” başlığı altında mütaliə saatı təşkil edildi. Mütaliənin keçirilməsində əsas məqsəd uşaqları kitabxanaya cəlb etmək, kitaba olan maraqlarını artırmaq və onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarət idi. Tədbirdə “Ağ atlı oğlan”, Hans Kristian Andersenin “Nağıllar”, Elçin Hüseynbəylinin “Şah Abbas”, Qəşəm İsabəylinin “Elnur, Əkil və onların başına gələnlər”, Gülzar nənənin “Min bir nağıl” kitablarını uşaqlar maraqla oxudular. Nağıl kitabları uşaqların böyük marağına səbəb oldu. Tədbirin sonunda uşaq şöbəsinin əməkdaşı Rima Seyfullayeva bu kimi tədbirlərin yay fəsli ərzində hər ayın sonunda keçiriləcəyini bildirdi və uşaqları tədbirlərdə fəal iştirak etməyə dəvət etdi.