Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Xalça muzeyində xalça sərgisi təşkil edilib

12.06.2018

     Xalça muzeyində “Milli Qurtuluş günü” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə” həsr olunmuş silsilə tədbirlər çərçivəsində xalça sərgisinin açılışı oldu. Azərxalçanın Xaçmaz filialının dəstəyilə təşkil olunmuş sərgi əsasən Quba Şirvan qrupunu əhatə etmiş və Xaçmaz xalçaçılıq məktəbinin nümunələrindən təşkil olunmuşdu.

        Sərgini giriş sözü ilə Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru P.Mehdiyeva açaraq hər iki əlamətdar günün əslində bir birinin məntiqi ardıcıllığı olduğunu vurğuladı.1918-ci ildə parlamış Cümhuriyyət günəşinin 1993-cü ildə Heydər Əliyev zəkası və siyasəti sayəsində yenidən Azərbaycan səmasına doğdunu qeyd etdi.Tədbir məktəblilərin ifasında mahnı və şerlərlə davam etdi.Sonda sərgiyə baxış keçirildi.