Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Mərkəzi kitabxanasında ədəbi-bədii gecə keçirildi.

17.01.2017

    17 Yanvar 2017-ci il tarixində Xaçmaz rayon Mərkəzi kitabxanasında “Bütöv və əbədi Azərbaycan uğrunda” adlı 20 Yanvar şəhidlərinə həsr edilmiş əbədi-bədii gecəsi keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə MKS-nın direktori Azad Əlifxanov açdı.O qeyd etdi ki, 1990-cı ildə Bakıda 20 yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 27 il keçir. Sovet ordusunun xüsusi təyinatlı dəstələri Bakıya soxularaq misli görünməmiş qəddarlıqla 131 nəfəri qətlə yetirmiş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-cü yəhudi, 3-ü tatar ; 744 nəfəri ağır xəsarət almış, 4 şəxs itkin düşmüş, 400 nəfər həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonar 21 nəfər qətlə yetirilmişdir.

      Tədbirdə qeyd olundu ki, Azərbaycan xalqı şəhid övladlarını heç vaxt unutmayacaq.Mərkəzi kitabxananın əməkdaşı Ülviyyə Dadaşova Vətənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş Milli qəhrəmanlarımız Şirin Mirzəyev və Cəlil Səfərovun döyüş yolu haqqında məlumat verdi.Xaçmaz rayon İsmət Qayıbov adına 3 saylı məktəbin şagirdləri Məmmədli Fidan , Qasımova Təranə , Məmmədova Mətanət, İmanova Nuray , Abbasova Reyhan şəhidlərə aid şerlərlə çıxış etdilər. Ədəbi –bədii gecədə təşkill olunmuş “ 20 Yanvar şərəf və qürur günüdür”, “Bütöv və əbədi Azərbaycan uğrunda”, “ Mənim Qarabağım”, “Torpaq uğrunda ölən varsa Vətəndir” mövzularında kitab sərgisində son dövrlərdə nəşr olunmuş ən yeni siyasi və bədii ədəbiyyat oxuculara təqdim olundu. 20 yanvar şəhidlərinə həsr olunmuş sərgidə 156 nüsxə ədəbiyyat, 6 şəkilli jurnal, foto sənədlər nümayiş olundu.Tədbirin sonunda İnformasiya-Resurs şöbəsinin müdiri Sevda İsmayılova tərəfindən “Qanları ilə Azadlıq dastanı yazanlar” mövzusunda sənədli film nümayiş etdirildi.