Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-də “Dil millətin varlığıdır” adlı maarifləndirici tədbir keçirildi

01.08.2018

    01.08.2018-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”  ilə əlaqədar “Dil millətin varlığıdır” adlı maarifləndirici tədbir keçirildi. Tədbiri MKS – nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova açaraq bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin 9 avqust 2001-ci ildə imzaladığı fərmana əsasən hər il avqust ayının 1-i “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ulu öndərin alternativsiz siyasi kursunun müdrik və yaradıcı davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bütün digər sahələrlə yanaşı, Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzində saxlayır. Tədbirdə iştirak edən I Nügədi kənd 1 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Abdulla Məmmədov çıxış edərək qeyd etdi ki, nəsillərdən-nəsillərə ən qiymətli miras kimi  ötürülən ana dilimiz XX əsrin axırlarından etibarən müstəqil Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə əhatə olunub. Ulu öndər Heydər Əliyevin imzaladığı fərmana əsasən Prezident yanında Dövlət Dil Komissiyası yaradılıb, “Azərbaycan Respublikasında dövlət dili haqqında”qanun qəbul edilib. Sonra Kitabxananın əməkdaşı Validə Əmiraslanova “Əlifbamızı və sevimli dilimizi qoruyaq” adlı məruzə ilə çıxış edərək qeyd etdi ki, Müasir Azərbaycan Dili min illərin sınağından çıxaraq bu gün əlli milyondan çox insan toplumunun doğma ünsiyyət vasitəsinə çevrilmişdir. Sonda “Dil millətin varlığıdır” adlı sərgiyə baxış keçirildi.