24.01.2017
24 Yanvar 2017-ci il tarixində Siyəzən rayon mərkəzi kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Siyəzən rayon mərkəzi kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı və Azərbaycan Siyəzən İntellektual oyunlar klubunun təşkilati dəstəyi ilə Siyəzən şəhər məktəblərinin 6-9-cu sinif şagirdləri arasında “Bilik Kuboku” intellektual oyunu keçirilmişdir. Oyunu giriş sözü ilə açan Azərbaycan Siyəzən İntellektual oyunlar klubunun rəsmi nümayəndəsi, N.Əsədov adına Siyəzən şəhər 4 saylı tam orta məktəbin coğrafiya müəllimi Tamerlan Qurbanov oyunun qaydaları haqda məlumat verdikdən sonra tədbirdə iştirak edən qonaqlardan Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbin direktoru, Azərbaycanın Əməkdar müəllimi, Azərbaycan Yazıçılar İttifaqının üzvi Nəcməddin Mürvətov, Siyəzən şəhər 6 saylı Lisey-məktəbin direktoru Yeganə müəllimə və digər qonaqlar belə yarışların nə dərəcədə əhəmiyyətli olduğunu vurğuladılar.
Nəticələrə əsasən Siyəzən şəhər məktəblərinin 6-9-cu sinif şagirdləri arasında keçirilmiş “Bilik Kuboku” İntellektual oyununun qalibi ümumilikdə 36 bal toplamış Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin Müşfiq komandası oldu. 29 bal toplamış Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbin Uğur komandası ikinci yerə, 28 bal toplamış Siyəzən şəhər 6 saylı məktəb-liseyin Universal komandası isə üçüncü yerə layiq görüldü.