31.07.2018
31.07.2018-ci il tarixdə Ə.Xaqani adına Poeziya evində Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar Şabran rayon Mədəniyyət Mərkəzinin hazırladığı “Necə əl çəkim?” adlı tədbir keçirildi. Rayon ictimaiyyətinin və “Şabran” Ədəbi Məclisinin üzvlərinin qatıldığı tədbiri Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə xanım Məmmədova açdı. Şairin həyat və yaradıcılığı haqqında Azərbaycan Yazıçılar Birliyinin Şabran bölməsinin rəhbəri, M.Müşfiq adına mükafatın laureatı Aydın Tağıyev qısa məlumat verdi. Sonra şair M.Müşfiqin həyatından bəhs edən video süjet nümayiş etdirildi. Tədbirdə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən özfəaliyyət kollektivinin üzvlərinin ifasında şeirlər və şairin şeirlərinə bəstələnmiş mahnılar dinlənildi. “Şabran” Ədəbi Məclisinin üzvləri - Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Şabran” Ədəbi Məclisinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü – Qafar Süleyman, Zakir Bayram, Ənvər Zeynalov, Qurban Məmmədov, Aybəniz Əliyar, Qızqayıt Mahmudova çıxış edərək M.Müşfiqin həyat və yaradıcılığndan söz açdı və şairə həsr etdikləri şeirləri təqdim etdilər.