Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Mərkəzi kitabxanasında “Müasir gənclər və mütaliə” mövzusunda oxucu konfransı keçirildi

02.02.2017

     02 fevral 2017-ci il tarixində Xaçmaz rayon Mərkəzi kitabxanasında “Müasir gənclər və mütaliə” mövzusunda oxucu konfransı keçirildi.Gənclər günü münasibətilə keçirilən oxucu konfransında informasiyalı cəmiyyətdə mütaliə  problemləri müzakirə edildi.  Tədbirdə rayon MKS-in direktoru Azad Əlifxanov, “Xaçmaz” qəzetinin müxbiri Ələsgər Babayev, rayonda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Təhsil şöbəsinin metodisti İmran Müseyibov, Gənclər kitabxanasının müdiri Xanım Arzumanova çıxış edərək gənclərin mütaliyəyə, kitaba münasibəti və onların mütaliəsinə rəhbərlikdən danışdılar.

      Oxucular konfransında kitabxanaya yeni daxil olan ədəbiyyat və Gənclər günü ilə əlaqədar “Gənclik böyük qüvvədir”, “Azərbaycanın milli qəhrəmanları” mövzularında kitab sərgiləri ilə tanış oldular. Sərgidə 170 nüsxədən çox ədəbiyyat nümayiş olundu.