Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayonunda “Müasir dövrün gənci!” adı altında dəyirmi masa keçirilib

01.02.2017

         1Fevral 2017 - ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Gənclər və İdman İdarəsi ilə birgə 2 fevral Gənclər günü münasibəti ilə “Müasir dövrün gənci!” adı altında dəyirmi masa keçirildi.Tədbirdə Siyəzən rayon İcra Hakimiyyətinin məsul işçisi Balabəy Balabəyov, həmçinin idarə və müəssisələrdə işləyən gənclər iştirak edirdi.Tədbiri giriş sözü ilə Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Z.Dadaşova açaraq, gəncləri təbrik edərək, Gənclər gününə həsr olunmuş videoya baxmağı xahiş etdi.Çıxışının davamında 1997-ci ildə Ümumilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan “Gənclər günü” gəncliyə göstərilən diqqət və qayğının bariz nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.Bu gün, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir.Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin gənclərə necə qayğı göstərməsindən danışdı.Azərbaycan gənclərinin qarşısında duran vəzifələrdən söz açdı.Sonra söz Gənclər və İdman İdarəsinin müdiri Nadir Məmmədova verildi, o da öz çıxışında gəncləri təbrik edərək, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlardan danışaraq. onlara işlərində uğurlar arzuladı, dövlətin gənclərə necə dayaq durduğunu vurğuladı.

       Tədbirdə çıxış edən gənclər dövlət başçımız cənab İlham Əliyevin gənclərlə necə sıx əlaqədə olduğunu və gənclərə həmişə dəstək olduğunu bildirdilər.Beləki, gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.Tədbirin sonunda bir qrup gənc, rayonun mədəni, kütləvi tədbirlərində yaxından çıxış etdiyinə görə fəxri fərmanla təltif edildi.Tədbirdə 60 nəfər gənc iştirak etdi.