Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran rayon Mədəniyyət Mərkəzinin filiallarında “Ahıllar günü” qeyd edilib

01.10.2018

   01 oktyabr 2018-ci il tarixində Şabran rayon Mədəniyyət Mərkəzinin filialı Ağsaqqallar evində  Ahıllar gününə həsr olunmuş “ Qocalıq müdriklikdir” adlı tədbir  keçirildi. Uzun illər sınaqlardan çıxmış,həyatın ağrı,acısını duymuş  müdrik ahıllarımızı bir ərsəyə toplayan bu tədbirdə Şabran rayon İcra Hakimiyyəti Başçısı və rayon ictimaiyyəti iştirak etdilər. Tədbiri Şabran rayon Ağsaqqallar Şurasının sədri  B.Abbasov açaraq qeyd etdi ki, hal hazırda rayonda yaşı 70-dən yuxarı olan  ahıl insanların sayı 2600 nəfərdən çoxdur və onlar hər zaman dövlətin  diqqət mərkəzindədirlər.  Bu gün ki, tədbirimiz də ahıllara olan qayğı və diqqətin təcəssümüdür.  Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı N.Novruzov çıxış edərək, qeyd etdi ki, 1 oktyabr Beynəlxalq Ahıllar günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. N.Novruzov çıxışının sonunda ahıllara can sağlığı və uzun ömür arzuladı.                    

        Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Şabran rayon bölməsinin sədri yazıçı publisist Aydın Tağıyev, ağsaqqal  Qədim Camalov çıxış edərək ağsaqqallarımızın cəmiyyətdə tutduğu mövqeyindən danışdı.  Tədbirin sonunda ahıllara çay süfrəsi və hədiyyələr verildi.

01 oktyabr 2018-ci il tarixində Pirəbədil kənd Sənətkarlıq  klubunda Ahıllar gününə həsr olunmuş “Biz sizə minnətdarığ ahıl qocalar” adlı görüş keçirilmişdir. Tədbiri Pirəbədil kənd Sənətkarlıq  klubunun direktoru M.İsmayılova   açaraq, dövlətimizin ahıllara verdiyi yüksək dəyərlərdən söz açdı.  Tədbirdə yaşı 70-dən yuxarı olan ahıllar iştirak edirdi.  Onlara göstərilən diqqət və  qayğıdan minnətdarlıqla danışdılar və gənclərə öz töviyyələrini verdilər.

     01 oktyabr 2018-ci il tarixində Dəvəçi kənd Mədəniyyət evində 01 oktyabr Ahıllar gününə həsr olunmuş “Ahıllara hörmət borcumuzdur” adlı tədbir keçirilmişdir. Tədbiri Dəvəçi kənd Mədəniyyət evinin direktoru N. Əlverdiyeva  açaraq, dövlətimizin ahıllara verdiyi yüksək dəyərlərdən söz açdı.  Tədbirdə yaşı 70-dən yuxarı olan ahıllar iştirak etdi. Onlara göstərilən diqqət və  qayğıdan minnətdarlıqla danışdılar və gənclərə öz töviyyələrini verdilər.