04.10.2018
04.10.2018-ci ildə rayon MKS-nin Qırmızı qəsəbə kitabxanasında görkəmli Azərbaycan şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar “Ömür yollarında” mövzusunda tədbir keçirildi.
Azərbaycanın xalq şairi Məmməd Araz 1933-cü il oktyabr 14-də Naxçıvan Respublikasının Şahbuz rayonun Nursu kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kəndlərində orta məktəbdə müəllim işləmiş, sonra Bakıya köçmüş Azərbaycan SSR Nazirlər Soveti yanında işləmişdir. “Ulduz” jurnalının məsul katibi , Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuş, 1974-cü ildən “Azərbaycan təbiəti” jurnalının redaktoru vəzifəsində işləmişdir.
Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə başlamışdır, ”Yanın işıqlarım”, “Vətən torpağı”. “Necə unudum səni? və s. şeirlərinin müəllifidir. “Məndə insan oldum ”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” fəlsəfi-psixoloji səpkidə yazılmış poemalardır.
Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, 1 medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabddin Tağıyev adına 8milli mükafatın laureatıdır. Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur.
Tədbirin təşkilatçıları kitabxananın filial müdiri Leyla Məmmədova və multimedia resursları üzrə mütəxəssis Narıngül Məmmədova tədbir iştirakçılarını salamladılar ” Məmməd Araz sənətindən, poeziyasının əsas gücü və qüdrəti “ mövzusunda geniş məruzə ilə çıxış etdilər. Sonra söz tədbir iştirakçılarına verildi. Tədbirdə iştirak edən 2 saylı məktəbin müəllimləri Aytac Məmmədova və Aynurə Orucova şairin həyat və yaradıcılığı, onun şeirlərində Azərbaycan təbiətinin gözəllikləri canlandırılmasından və xidmətlərinə görə ona verilən Fəxri fərmanlardan bəhs etdilər. Sonda 2 saylı məktəbin şagirdləri ədəbi, bədii kompozisiya ilə çıxış etdilər.