Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən Heydər Əliyev Mərkəzində “ İnternet aslılığı ” mövzusunda pisxoloji seminar keçirilmişdir.

09.02.2017

09.02.2017- ci il tarixində Siyəzən Heydər Əliyev Mərkəzində Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbinin 9-cu sinf şagirdlərinin iştirakı ilə “ İnternet aslılığı ” mövzusunda pisxoloji seminar keçirilmişdir. Seminarı Mərkəzin direktoru Ramilə Seyidova açaraq qeyd etdi ki, internet nəinki Azərbaycan cəmiyyətində ümumən qlobal mühitdə yaranan mənəvi boşluq insanlara təsir göstərməkdədir. Bu gün insanlar, narahat və gərgindilər. Bu təkcə azərbaycanlılara aid deyil. İngilis də, fransız da, amerikalı da bu gün çox narahatdı. Daha sonra mərkəzin fond mühafizi Nigar Muxtəsənova davam edərək bildirdi ki, internet insanların həyatına daxil olduqdan bəri onların əyləncəsinə çevrilməklə bu gün həm də kitabxanaları, maqnitofonları, televiziyanı əvəz edir. Ən önəmlisi isə bir çoxunun işinə, həyat tərzinə çevrilib. İnternetdən uzun müddət istifadə etməklə insanlar bu gün ondan asılı vəziyyətə düşürlər. Bir vaxtlar narkotik, spirtli içki və siqaret üçün söylənən bu fikir artıq internetə də şamil edilir. İlk vaxtlar internetdən sadəcə zövq alanlar sonralar xəstəliyə düçar olurlar. İnternetin fiziki, psixoloji , sosial  tərəfdən fəsadları araşdrıldı. Asılığın qarşısının alınması yolları göstərildi. Suallar ətrafında  mövzu davam edildi. Sonda şagirdlər arasında asılığın yoxlanılması məqsədilə psixoloji testlər keçirildi.