19.10.2018
18 oktyabr 2018-ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində Xaçmaz Rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “18 oktyabr – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova ölkəmizin müstəqillik dövründə əldə etdiyi uğurlardan danışaraq bildirib ki, Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub. Hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi xüsusi vurğulanıb.
Daha sonra tədbir incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.