Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz rayon Mərkəzi Kitabxanasında “25 il Xocalısız” adlı xatirə gecəsi keçirilmişdir

23.02.2017

      23  fevral 2017-ci il tarixində rayon Mərkəzi kitabxanasında “25 il Xocalısız” adlı xatirə gecəsi keçirildi.Xocalı qətliamının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Aparıcı Mərkəzi kitabxananın əməkdaşı Ülviyyə Dadaşova qeyd etdi ki, Xocalı faciəsi tarixdə analoqu olmayan dəhşətli bir faciə idi. Həmin o gecədə Xocalı od tutub yanırdı. O gecə insanlıq  simasını itirən, qana susamış erməni qəsbkarlarının insana və insanlığa divan tutduğu bir gecə idi.  Tədbirdə rayon MKS-in direktoru Azad Əlifxanov, “Xaçmaz” qəzetinin müxbiri  Ələsgər Babayev, Xaçmazlı yazıçısı Məhərəm  Mustafa , 6 saylı  və 3 saylı məktəbin müəllim  və şagirdləri,  kitabxananın fəal oxucuları,  Mədəniyyət  işçiləri  iştirak etdilər. Kitabxananın əməkdaşı  Brilyant Dadaşova çıxış edərək  qeyd etdi ki,  bütün bu hadisələrin gələcək nəsillərə  aşılanmasında  ədəbiyyatımız və tarixi kitablarımız  böyük bir nümunədir. Son vaxtlar  fondumuzda  Milli qəhrəmanlarımız, şəhidlərimiz  haqqında yazılmış şeirlər, roman və povestlər  öz əksini tapmışdır.  Gənclər kitabxanasının müdiri  Xanım Arzumanova  Azərbaycan torpaqlarının  qəddar erməni düşmənləri  tərəfindən işğal  olunmasının  tarixi kökləri haqqında məlumat verdi. Tədbirin sonunda şagirdlər Xocalıya həsr edilmiş şerlər söylədilər və həmin hadisələrlə əlaqədar  sənədli film nümayiş olundu. Xatirə gecəsində oxucular  kitabxanaya yeni daxil olan ədəbiyyatla, “Şəhid yurdum Xocalım”, Azərbaycanın milli qəhrəmanları” mövzularında kitab sərgiləri ilə tanış oldular. Sərgidə 152  nüsxədən çox ədəbiyyat və jurnal nümayiş olundu.