Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Heydər Əliyev Mərkəzinin Xudat şəhər filialında ”Xocalını sən də tanı” adlı tədbir keçirilmişdir

24.02.2017

     24 fevral 2017-ci il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzinin Xudat şəhər filialında Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş "Xocalını sən də tanı" adlı tədbir keçirilmişdir. Tədbirdə 50 nəfərdən artıq adam iştirak etmişdir. Xudat şəhər məktəblərindən müəllim və şagird kollektivi, kitabxana, uşaq yaradıcılıq mərkəzi və Xudat ictimaiyyətinin qatıldığı tədbiri giriş sözü ilə muzeyin direktoru K.Ramazanova açdı. Sonra Susay kənd məktəbinin tarix müəllimi Amin Rəhimov həmin tarixi yenidən tamaşaçılara xatırlatdı. Daha sonra Xudat 1sayli məktəbin direktoru keçmiş hərbçi Ayaz Mirzeyev çıxış etdi. Sonda Xudat şəhər uşaq yaradıcılıq mərkəzinin şagirdləri faciəyəyə həsr edilmiş ədəbi bədii kompozisiya ilə çıxış etdilər. Tamaşaçılara Uşaq yaradıcılıq mərkəzinin şagirdlərinin rəsmləri nümayiş etdirildi.