Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Heydər Əliyev Mərkəzində ”Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilmişdir.

16.10.2018

     16 oktyabr 2018 -ci il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində dövlət müstəqilliyimizin 27-ci ildönümünə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, mədəniyyət müəssisələrinin rəhbərləri və kollektivləri iştirak edirdilər.

    Tədbir iştirakçıları əvvəlcə Xaçmaz Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxdılar və sonra məktəbin rəqs qrupunun şagirdləri musiqi nömrələri ilə çıxış etdilər.
   Daha sonra tədbir dəyirmi masada davam etdirildi.Mərkəzin direktoru Könül Əsgərova giriş sözü ilə tədbiri açıq elan etdi və tədbirin mahiyyətini açıqladı.Daha sonra Uşaq İncəsənət Məkdəbinin direktoru T.Adıgözəlova çıxış edərək tədbir iştirakçılarını bu gözəl bayram münasibəti ilə təbrik etdi.Sonda Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi N.Ağayev çıxış edərək müstəqilliyimizin əldə olunmasından geniş və ətraflı olaraq təbir iştirakçılarına məlumat verdi.