Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar Heydər Əliyev Mərkəzi tərəfindən “Şəhidlər unudulmur” devizi altında tədbirlər keçirilmişdir

24.02.2017

 

       24.02.2017-ci il tarixində Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Qusar şəhər 3  saylı orta məktəbin bir sıra siniflərində Xocalı soyqırımına həsr olunmuş “Şəhidlər unudulmur” devizi altında  tədbirlər keçirib.  Mərkəzin direktoru Neva Abdurahmanova, bələdçi Lamiyə Xəlilova, fond mühafizi Nahid Hacıyev 1992-ci il Xocalı genosidi haqqında şagirdlərə ətraflı məlumat verərək bildirmişdir ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur.Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın,Xirosima faciələri ilə eyni səviyyədə durur.

      Torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olmuş xalqımızın qəhrəman,igid övladları bir dəqiqəlik sükutla yad edilmişdir.Eyni zamanda,məktəb şagirdləri də 1992-ci il soyqırımına aid mətn və şerlərlə çıxış etmişdir.

   Daha sonra Xocalı soyqırımına həsr olunmuş film və “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı sərgi nümayiş olunmuşdur.