23.02.2017
23.02.2017-ci il tarixdə Mərkəzi Kitabxananın oxu zalında “Qanla yazılan tarix” mövzusunda Xocalı qurbanlarının anım tədbiri keçirildi. Tədbirdə kitabxana işçiləri, fəal oxucular , Qusar Peşə Liseyinin müəllim və tələbələri iştirak etmişlər
Uşaq şöbəsinin müdiri S.Bağıyeva çıxışında qeyd etdi ki, millətin azadlığı,ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini və erməni daşnaqlarının xəbis amallarını bütün dünyaya bir daha nümayiş etdirdi.Liseyin tarix müəlliməsi Umli Dadaşbalayeva geniş və əhatəli çıxış edərək gəncləri vətəni sevməyə , onu hər an qorumağa hazır olmağa , sağlam əqidəyə və dərin mənəvi zənginliyə malik olmaqdan ötəri səylə çalışmağa səslədi.
MKS-nin direktoru Z.Mustafayev XX əsrin ən dəhşətli faciəsi , tariximizin qan yaddaşı, xalqın azadlığı , torpaqlarımızın bütövlüyü, vətənin müstəqilliyi uğrunda şəhid olan insanların əziz xatirəsini böyük ehtiramla yad edilməsini hər bir vətən övladının müqəddəs borcu olduğunu vurğuladı .O bildirdi ki, bu günki müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir.Bu sərvəti qorumaq, yaşatmaq , möhkəmlətmək bizim və gələcək nəsillərin ən müqəddəs və şərəfli vəzifəsidir.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, sərhədlərimizin toxunulmazlığı uğrunda şəhid olmuş Çingiz Qurbanovun və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş video görüntülər göstərilmiş , tələbələr və fəal oxucular ədəbi bədii kompozisiya təqdim etmişlər.