Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25- ci ildönümü ilə əlaqədar “Xocalı dərdim mənim!” adlı dəyirmi masa keçirilib

24.02.2017

24 fevral 2017 - ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzinin kollektivi  Xocalı abidəsi önünə tər güllər qoyaraq, onların xatirəsini etiramla yad etmişlər.Sonra Siyəzən rayon Mədəniyyət Mərkəzində Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı dərdim mənim!” adlı dəyirmi masa və ”Xoca” filminin nümayişi keçirildi.Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Z.Dadaşova açaraq, Xocalı faciəsində şəhid olmuş, xocalıların xatirəsini bir dəqiqəlik  sükutla yad etməyi xahiş etdi.Sonra Z.Dadaşova bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu.Bu əməllər mütəşəkkil formada həyata keçirildiyini söylədi.Tədbirdə həmçinin Uşaq Yaradıcılığı Mərkəzinin direktoru Şəms İslamovada çıxış edərək bildirdi ki, girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum olmadığını vurğuladı.Sonda Xocalı soyqımına həsr olunmuş “Xoca” filmi nümayiş olundu.Tədbirdə 60 nəfər iştirak edirdi.