27.11.2018
27 noyabr 2018-ci il tarixində Şabran rayon Mədəniyyət Mərkəzində Şabran dram dərnəyinə “Xalq teatrı” adı verilməsi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran rayonu üzrə nümayəndəsi Əhməd Səmədov açaraq Şabran rayonun tarixindən, mədəni müxtəlifliyindən, tetarın keçdiyi uzun yoldan danışdı. Daha sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Şabran dram dərnəyinə Şabran Xalq Teatrı adı verilmişdir və həmin diplomu teatrın rəhbəri Cabir Əmrahova təqdim etdi. O teatr kollektivini təbrik edərək və qeyd etdi ki, Şabran dram dərnəyi regionda “Xalq Teatrı” adı almış artıq ikinci teatrdır.
Daha sonra Şabran Xalq Teatrı tərəfindən İlyas Əfəndiyevin əsəri əsasında hazırlanmış və quruluşçu rejissoru Cabir Əmrahov olan “Hökmdar və qızı” adlı tamaşa nümayiş etdirildi.
Sonda çıxış edən Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu əlamətdar hadisə münasibətilə Şabranlıları təbrik etdi və teatrın bir sıra üzvünü Şabran rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif etdi.