Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi

24.10.2017

24 oktyabr 2017-ci il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində mədəniyyət işçiləri ilə görüş keçirildi.

     YAP Xaçmaz rayon təşkilatı və Xaçmaz Tarix Diyarşünaslıq muzeyi ilə birgə təşkil olunmuş tədbirdə çıxış edənlər Partiyanın 25 ildə keçdiyi böyük və şərəfli yoldan söhbət açaraq bu Partiyanın qazandıgı nailiyyətləri təhlil etdilər. Tədbiri giriş sözü ilə H.Əliyev Mərkəzinin direktoru Könül Əsgərova açaraq partiyanın yaranma zərurətləri haqqında geniş məlumat verdi.Daha sonra YAP Xaçmaz rayon təşkilatı nəzdində fəaliyyət göstərən H.Əliyev adına İdeoloji Mərkəzin direktoru Cavad Mehmamov, YAP Xaçmaz təşkilatının Sədr müavini Abbasyar Heydərov, Tarix diyarşünaslıq muzeyinin direktru Pakizə Mehdiyeva da çıxış edərək partiyanın keçdiyi şərəfli yoldan söz açdılar.Sonda YAP Xaçmaz rayon təşkilatının Sədri Nazim Ağayev geniş məruzə ilə çıxış edərək partiyanın üzvlərini bu partiya ətrafında sıx birləşməyə çagırdı.