Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubada “8 Mart – Beynəlxalq qadınlar günü” münasibətilə bayram tədbiri keçirilib

04.03.2017

     04.03.2017-ci il tarixində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qubada şimal rayonlarının mədəniyyət sahəsində çalışan qadınları üçün 8 mart-Beynəlxalq qadınlar gününə həsr olunmuş bayram tədbiri keçirilib.Tədbirdə çıxış edən Regional İdarənin rəisi Nazim Ağayev qadınların cəmiyyətdəki rolundan söz açıb.Bildirilib ki,Azərbaycan qadını tarix boyu cəmiyyətdə və ailədə öz saflığı,zəkası ilə xüsusi yer tutur.Tarix və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhs onun adı ilə bağlı olub.Quba rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova Gənclərin vətənə məhəbbət ruhunda yetişməsində,yeni nəslin mənəvi zənginliyinin daha da artırılmasında və möhkəm təmələ malik ailənin qurulmasında qadınların üzərinə düşən vəzifələrdən danışıb.Tədbir mədəniyyət mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.