Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Regional Mədəniyyət İdarəsi “Oxu bayramı” müsabiqəsini elan edir

08.01.2019

Ulu öndər Heydər Əliyevin doğum

günü münasibəti ilə “Oxu bayramı” nın

keçirilməsi barədə

 

İnsanın formalaşmasında, kamilləşməsində, dünya görüşünün, bilik dairəsinin  genişləndirilməsində, məntiqi təfəkkürümüzün, idrakın, bacarıq və vərdişlərinin bir çox hallarda isə həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin müstəsna əhəmiyyəti vardır.

Hal hazırda xalqımızın maddi - mənəvi dəyərlərinin qorunması, təbliğ edilməsi və nəsildən – nəslə ötürülməsində mütaliə əvəzsiz təsir gücünə malikdir.

Müasir dövrdə elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi ilbəil artmaqdadır. İnformasiya daşıyıcıları sürətlə inkişaf etsə də mütaliə bu amillər arasında başlıca mövqeyi saxlamaqdadır.

Aparılan  müşahidələr və təhlillər göstərir ki, mütaliəyə gənc nəslin, istərsədə müxtəlif kateqoriyada olan insanların mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlərin keçirilməsinə baxmayaraq kitaba, kitabxanaya və həmçinin mütaliəyə maraq zəifləmişdir.

Bu istiqamətdə kitabxanalarda müxtəlif elm sahələrinə, tarixi əlamətdar yubileylərlə əlaqədar tədbirlər həyata keçirilir. Əhalidə mütaliə vərdişlərinin inkişaf etdirmək kitabxanaçıların qarşısında duran pirioritet vəzifələrindən biridir.

Xaçmaz Regional Mədəniyyət İdarəsi regionda gənc nəslin formalaşmasında mühüm rol oynayan “Oxu bayramı” adlı müsabiqənin keçirilməsini məqsədəuyğun hesab edir.

I Müsabiqənin məqsədi:

Ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə “Oxu bayramı” mütaliə ənənələrinin təbliği, perspektivləri.

II Müsabiqədə iştirak.

Müsabiqədə 15-30, 30-50 və 50 yaşdan yuxarı kitabsevərlər iştirak edə bilər.

III Tələb olunan sənədlər.

1.Mərkəzləşdirilmiş kitabxana Sistemlərinin direktorları tərəfindən təqdim olunan arayış.

2.Şəxsiyyət vəsiqəsinin surəti

3.Oxunmuş kitabların siyahısı.

4.Oxucu anketinin surəti

 

Qeyd: sənədlərin qəbulu 01 may 2019- cu il tarixində başa çatır.

IV Qiymətləndirmə meyyarı

Oxucu tərəfindən oxunmuş kitabların sayı.
Müsabiqə iştirakçılarının mütaliə etdiyi kitablar barədə informasiyalıq səviyyəsi.

                                 Müsabiqədə

I yer üçün         ________      bir

II yer üçün       ________      iki

III yer üçün  ________     _  üç nəfərin mükafatlandırılması nəzərdə tutulmuşdur.

 

 

I yer    _______     300 manat

II yer   _______     200 manat

III yer _______      100 manat

 

Bundan əlavə 5 nəfərə həvəsləndirici mükafatlar, 5 nəfərə isə müxtəlif hədiyyələr təqdim ediləcəkdir .

Təşkilat Komitəsi

Əlaqə telefonları:   023-32-5-39-01